
Əslən Azərbaycandan olan rusiyalı iş adamı Fərhad Əhmədovun sərvəti 2022-ci ildə 300 milyon dollar artıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Məlumata görə, Fərhad Əhmədovun sərvəti 1.4 milyard dollardan 1.7 milyard dollara qalxıb. Fərhad Əhmədov dünyanın ən varlıları siyahısında 1715-ci sıradadır.
Qeyd edək ki, Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçay rayonunda anadan olub. 1969-cu ildən bəri fəaliyyət göstərən təbii meyvə şirəsi istehsalçısı AzNar şirkətinin rəhbəridir. 1987-ci ildə o, Rusiya qaz istehsalçılarını avadanlıqlarla təmin edən Tansley Trading-i təsis edib. Altı il sonra o, Sibirdə neft-qaz şirkəti olan Nortgas-ın minoritar səhmdarı olub.1998-ci ildə o, digər investor Bechtel Energy-nin 44%-ni satın aldı və Nortgas-ın sədri olub.