Kabildə baş verən partlayışda ölənlərin sayı 20-yə çatıb - YENİLƏNİB
Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışda 20 nəfər ölüb, çox sayda yaralı var.
"Operativ Media" bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
***
17:13
Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Talibanın sözçüsü bildirib ki, kamikadze binaya girməyə cəhd edib, lakin onun girişdə kimliyi müəyyən edilib, bundan sonra partlayış baş verib.
***
16:46
Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında partlayış baş verib və yaxınlıqda atışma səsləri eşidilib.
"Operativ Media" "İRNA"ya istinadən xəbər verir ki, hadisə yerinə fövqəladə hallar qüvvələri gəlib.
Digər təfərrüatlar hələlik verilməyib.