Menyu

Kolumbiyada silahlı quruplar arasında toqquşmada 10 nəfər ölüb

Nərmin Qocamanlı
Kolumbiyada silahlı quruplar arasında toqquşmada 10 nəfər ölüb

Kolumbiyada silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusu (ELN) ilə Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələri (FARC) arasında baş verən qarşıdurmada 10 nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, Kolumbiya mətbuatında yer alan xəbərə görə, Arauca inzibati bölgəsinə daxil olan Puerto Rondonda silahlı qruplar arasında toqquşma baş verib.

Ombudsman Aparatı silahlı üsyançı təşkilat ELN ilə keçmiş FARC üzvləri arasında baş verən atışmada 10 nəfərin həlak olduğunu bildirib.

Ombudsman Aparatının məlumatına görə, Kolumbiyanı bürüyən zorakılıq spiralının episentrinə çevrilmiş Araukada 2022-ci ildə 352 nəfər həlak olub.

Hesab edilir ki, keçmiş FARC əleyhdarları ilə ELN üzvləri arasında davam edən çəkişmə regionda narkotik ticarətinə nəzarət etmək istəyindən irəli gəlir.

Əlaqəli Xəbərlər