Türkiyədə 5 Fransız liseyi barədə araşdırma başlanıb
Operativ Media
Türkiyənin Rəqabət Şurası apardığı araşdırmalar nəticəsində İstanbuldakı Fransız liseylərində qanun pozuntuları aşkarlayıb.
"Operaitv Media" "Hurriyyet"ə istinadən xəbər verir ki, özəl təhsil müəssisələri olan Özəl Saint-Joseph Fransız Liseyi, Özəl Saint Benoît Fransız Liseyi, Özəl Notre-Dame de Sion Fransız Liseyi, Özəl Saint-Michel Fransız Liseyi, Özəl Sainte Pulchérie Fransız Liseyinin qiyməti müəyyən edilməklə İstanbulda fəaliyyət göstərən liseylərin Rəqabət haqqında Qanunun 4-cü maddəsini pozduqları iddiası ilə bağlı ilkin araşdırma Rəqabət Şurası tərəfindən yekunlaşıb.
Rəqabət Şurası adıçəkilən liseylər barədə 22 nömrəli istintaq başlatmağa qərar verib.