Menyu

“Microsoft” işçilərinə məhdudiyyətsiz məzuniyyət verib

Nərmin Qocamanlı
“Microsoft” işçilərinə məhdudiyyətsiz məzuniyyət verib

“Microsoft” şirkəti ABŞ-dakı bütün tam ştatlı işçilərinə məhdudiyyətsiz məzuniyyət verib. İşçilərə indiyədək istifadə etmədikləri məzuniyyətlərə görə də maaş veriləcək.

"Operativ Media"  xarici KİV-ə istinadən xəbər verir ki, Dünyanın aparıcı texnologiya nəhənglərindən biri olan Microsoft, işçilərinə məhdudiyyətsiz məzuniyyət verəcəyini açıqlayıb.

Qeyd edək ki, Bu hüquq yalnız ABŞ-da işləyən işçilərə veriləcək. Yeni sistemlə şirkət işçiləri məzuniyyətlərini izləmək məcburiyyətində qalmayacaq və istədikləri vaxt məzuniyyətə çıxa biləcəklər.

Əlaqəli Xəbərlər