"Apple" CEO-su Tim Kukun illik maaşı 40 % azalacaq

Nərmin Qocamanlı
"Apple" CEO-su Tim Kukun illik maaşı 40 % azalacaq

"Apple" baş icraçı direktoru (CEO) Tim Kukun şirkətdəki illik maaşının təxminən 40 faiz azalacağını açıqlayıb.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, Tim Kukun illik “hədəf gəliri” 49 milyon dollara qədər azalacaq.

İllik maaşı 3 milyon dollar və bonusları 6 milyon dollara qədər dəyişməyən Kukun şirkət paylarından əldə etdiyi gəlirin azalacağı bildirilir. Buna uyğun olaraq, 2022-ci ildə "hədəf gəliri" 84 milyon dollar olan Kuk üçün bu il 40 faiz endirimlə bu rəqəm təxminən 49 milyon dollara düşüb.

Keçən il tədarük zəncirindəki problemlər və qlobal iqtisadi daralma səbəbindən "Apple"ın səhmlərinin dəyəri təxminən 20 faiz azalıb.

Bildirilir ki, Kukun şirkətin səhmdarlarının tənqidi üzərinə şirkətdən aldığı gəlirin illik 40 faiz azaldılmasını istəyib.

Qeyd edək ki, Forbes jurnalının məlumatına görə, 62 yaşlı Kukun şəxsi aktivləri 1,7 milyard dollar təşkil edir.

Digər xəbərlər