Menyu

"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

Əziz Əzizli
"Barselona" qalib gəldi, Ter Ştegen zədələndi

İspaniya La Liqasının 6-cı həftəsində “Barselona” səfərdə “Vilyarreal”ı 5:1 hesabı ilə məğlub edib. 

"Operativ Media"  xəbər verir ki, "Barselona"nın qollarını 20 və 35-ci dəqiqələrdə Robert Levandovski, 58-ci dəqiqədə Pablo Torres, 74 və 83-cü dəqiqələrdə Rafinya vurub. Ev sahibi komandanın yeganə qolunu 38-ci dəqiqədə Ayoze Peres vurub. 

Kataloniya klubunun alman qapıçısı Mark Andre Ter Ştegen ilk hissənin əlavə vaxtında sağ dizindən zədə alıb. 

"Barselona" oyunu xərəkdə tərk edən Ter Ştegenin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verməsə də, İspaniya mətbuatı alman qapıçının dizinin yan bağlarında yırtıq olduğunu və mövsümü bitirdiyini iddia edib. 

La Liqada indiyədək keçirdiyi bütün matçlarda qalib gələn yeganə komanda olan "Barselona" 18 xalla liderliyini qoruyub. "Vilyarreal"ın 11 xalla 5-ci pillədə qaldığı liqada "Real Madrid" 14 xalla ikinci pillədə qərarlaşıb.

Teqlər:

"\"Barselona\" qalib g\u0259ldi Ter \u015etegen z\u0259d\u0259l\u0259ndi"

Əlaqəli Xəbərlər