De Bleker Ramon Maçadonun epizodu ilə bağlı açıqlama verdi
Əziz Əzizli
AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda baş vermis mübahisəli epizoda şərh verib.
AFFA-nın mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qarşılaşmanın 13-cü dəqiqəsində “Araz-Naxçıvan”ın hücumçusu Ramon Maçadonun rəqibin müdafiəçisi Roderik Millerə qarşı hərəkətinə münasibət bildirib: “Top havada olan zaman “Araz-Naxçıvan” komandasının 16 nömrəli oyunçusu Ramon Maçado topa oynamaq istəyir və ayağının ucu ilə “Turan-Tovuz” komandasının 5 nömrəli futbolçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu ilə (butsun altı ilə deyil) müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil”.
Qeyd edək ki, Elçin Məsiyevin idarə etdiyi görüşdə “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb
Teqlər:
"De Bleker Ramon Ma\u00e7adonun epizodu il\u0259 ba\u011fl\u0131 a\u00e7\u0131qlama verdi"