Menyu

"Sabah" 250-ə çatdı

Əziz Əzizli
"Sabah" 250-ə çatdı

“Sabah” Azərbaycan çempionatlarında 250-ci qolu vurub.

"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VII turuna təsadüf edib.

Bakı derbisində “Səbail”lə görüşən “Sabah” səfərdə 4:2 hesablı qələbə qazanıb. Matçdakı sonuncu qol qonaqlar üçün yubiley xarakteri daşıyıb. Bu topa Pavol Şafranko penaltidən imza atıb.

“Sabah” 250-ci qolu 183-cü oyunda vurub. Paytaxt təmsilçisinin ilk qoluna 2018-ci il avqustun 12-də Marko Deviç imza atmışdı. O, “Keşlə” ilə səfər qarşılaşmasında penalti ilə qələbə topuna imza atıb – 1:0

Teqlər:

"\"Sabah\" 250-\u0259 \u00e7atd\u0131"

Əlaqəli Xəbərlər