Menyu

"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

Əziz Əzizli
"Araz-Naxçıvan"ın futbolçusu 100-cü oyununa çıxıb

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 

"Operativ Media" xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib. 

Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.

Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.

Qeyd edək ki, Vadimin debütü 2012-ci mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.

Teqlər:

"\"Araz-Nax\u00e7\u0131van\"\u0131n futbol\u00e7usu 100-c\u00fc oyununa \u00e7\u0131x\u0131b"

Əlaqəli Xəbərlər