http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Avropa Çempionatı Moldovada keçiriləcək

25 Sentyabr 2024 , 12:07
Avropa Çempionatı Moldovada keçiriləcək

19 yaşadək futzalçılar arasında final mərhələsi 2025-ci ildə keçiriləcək Avropa çempionatına Moldova evsahibliyi edəcək.

"Operativ Media" Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək paytaxtdakı “Kişinyov Arena”da keçiriləcək. Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının da tarixləri açıqlanıb. Gələn ay – oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

Qeyd edək ki, U-19 yığmamız mübarizəyə indiyə qədər əsas mərhələsindən başlayıb. Komandaların yeni mövsümə hansı mərhələdən başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.

“Kişinyov Arena” 2022-ci ilin dekabrında istifadəyə verilib, 5000 tamaşaçı tutumuna malikdir.

OXŞAR XƏBƏRLƏR
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı

"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisinə çağırıldı

Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür

Fransalı müdafiəçi Rafael Varan zədə səbəbindən karyerasını bitirməyi düşünür

Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

Kilyan Mbappe "Alaves"lə oyunda zədələnib

XƏBƏR LENTİ
  • 14:16

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub
  • 14:15

    “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
  • 14:10

    Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib
  • 14:08

    Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib
  • 13:58

    Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb
  • 13:55

    "İnterximservis" şirkəti ilə bağlı məhkəmə qərarı elan edilib
  • 13:48

    Azərbaycan vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı açıqlanıb
  • 13:36

    Bu il əcnəbilərin Azərbaycandan kənara çıxarılması ilə bağlı 1 583 qərar qəbul edilib
Menyu