http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"

25 Sentyabr 2024 , 22:15
Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq".

"Operativ Media" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiklərini bildirib:

"Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. "Tottenhem" hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. "Tottenhem"in stadionda və onların azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər".

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək (Report).

OXŞAR XƏBƏRLƏR
"Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"

"Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"

AL: "Qarabağ"ın rəqibi qələbə qazandı

AL: "Qarabağ"ın rəqibi qələbə qazandı

SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək

SOCAR Türkiyə 1-ci Liqası klubuna sponsorluq edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:40

    "Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
  • Dünən
    23:37

    Leyla Əliyeva 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində olub
  • Dünən
    23:01

    AL: "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Dünən
    22:43

    Muxtar Babayev ÜST-nin rəhbəri ilə iqlim dəyişikliyinin səhiyyə sistemlərinə təsirini müzakirə edib
  • Dünən
    22:33

    Ceyhun Bayramov finlandiyalı həmkarı ilə aktual məsələləri müzakirə edib
  • Dünən
    22:15

    Qurban Qurbanov: "Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq"
  • Dünən
    21:55

    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
    XİN İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
  • Dünən
    21:41

    Fahrettin Altun: İsrail baş naziri dünyada dinc əhalinin qətliamından danışan sonuncu şəxsdir
Menyu