"Tottenhem"in baş məşqçisi: "Qarabağ" təcrübəli Avropa komandasıdır"
Əsəd Abbaslı
"Qarşımızda təcrübəli Avropa komandası var. Avrokubok təcrübəsi həqiqətən önəmlidir. “Qarabağ” istər UEFA Çempionlar Liqası, istərsə də UEFA Avropa Liqasında öz izini qoyub”.
"Operativ Media" xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Ange Postekoqlu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında bildirib.
Postekoqlu sabahkı matça hazır olduqlarını bildirib:
“Biz “Qarabağ”ın son oyunlarını izləmişik. Onların çox güclü komanda olduqlarını gördük. “Qarabağ” yerli çempionatda dominantlıq edir. Amma avrokuboklarda da bir o qədər uğurlu təsir bağışlayırlar. Bunu ötən mövsüm Avropa Liqasında sərgilədikləri oyun və qazandıqları nəticələrlə də sübut ediblər”.
Teqlər:
"\"Tottenhem\"in ba\u015f m\u0259\u015fq\u00e7isi: \"Qaraba\u011f\" t\u0259cr\u00fcb\u0259li Avropa komandas\u0131d\u0131r\""