14 Yanvar 2023, 21:08
Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib
Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib şəkil
Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib

Ukrayna Prezidenti Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib.

"Operativ Media"nın xəbərinə görə, dövlət başçısı bildirib ki, hücumda iştirak edən hər kəs cavab verəcək.

“Həyatına Rusiya terroru tərəfindən son qoyulmuş hər kəsə əbədi xatirə! Dünya vəhşiliyi dayandırmalıdır. Dneprdə dağıntıların təmizlənməsi davam edir. Bütün qurumlar işləyir. Biz hər insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz terrorda iştirak edən hər kəsi tapacağıq. Terrorda iştirak edən hər kəs əməlinə görə ən ağır formada cavab verəcək” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində 5 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.

Son xəbərlər
Azərbaycan millisi Belçikaya məğlub oldu
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib