Menyu

Rahil Məmmədov oynadı, komandası kubokda mərhələ adladı

Əziz Əzizli
Rahil Məmmədov oynadı, komandası kubokda mərhələ adladı

Azərbaycan millisinin üzvü Rahil Məmmədovun formasını geyindiyi “Radomyak” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. Komanda səfərdə “Qornik Zabrze”nin qonağı olub.

"Operativ Media" xəbər verir ki, 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Bu mərhələnin oyunları 1 matçdan ibarət olduğundan komandalar mübarizəni əlavə vaxtda davam etdiriblər. 93-cü dəqiqədə Alvesin vurduğu qol əlavə vaxtda yeganə olub və yekunda 1:0 hesabı ilə qalib gələn həmyerlimizin komandası 1/16 finala vəsiqə qazanıb.

Meydana start heyətində çıxan Rahil 120 dəqiqəni əvəzolunmadan keçirib.

Teqlər:

"Rahil M\u0259mm\u0259dov oynad\u0131 komandas\u0131 kubokda m\u0259rh\u0259l\u0259 adlad\u0131"

Əlaqəli Xəbərlər