Menyu

Bundesliqa klubu "Qarabağ"ın yarımmüdafiəçisi ilə maraqlanır

Əziz Əzizli
Bundesliqa klubu "Qarabağ"ın yarımmüdafiəçisi ilə maraqlanır
1 dəq oxu

Azərbaycanın "Qarabağ" futbol klubunun braziliyalı yarımmüdafiəçisi Julio Romao Almaniya Bundesliqa klubunun diqqət mərkəzindədir.

"Operativ Media" azerisport.com-a istinadən xəbər verir ki, müdafiəyəmeyilli yarımmüdafiəçi ilə Almaniyanın “Haydenhaym” klubu maraqlanır. Bundesliqa təmsilçiləri Ağdam təmsilçisi ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulan Romao ilə bağlı "Qarabağ"la danışıqlara başlamaq niyyətindədir.

"Haydenhaym" təmsilçisinin bu gün Londonda İngiltərənin "Tottenhem"i ilə "Qarabağ" matçında Romaonu izləyəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər