Menyu

Azərbaycan UEFA reytinqində gerilədi

Əziz Əzizli
Azərbaycan UEFA reytinqində gerilədi

Avropa Liqasında Liqa mərhələsinin ilk tur oyunlarından sonra UEFA reytinqi yenilənib.

"Operativ Media" xəbər verir ki, baş tutan matçlar bəzi yerdəyişmələrə yol açıb.

Azərbaycan da reytinqdə 1 pillə geriləyib. Buna “Qarabağ”ın Londonda “Tottenhem”ə 0:3 hesablı məğlubiyyəti səbəb olub. Nəticədə 19.125 əmsalda qalan ölkəmiz Rumıniyanı özündən irəli buraxıb və 27-ci yerə düşüb. Rumınlar Azərbaycan və Bolqarıstanı qabaqlamağa müvəffəq olublar.

Qeyd edək ki, UEFA reytinqinə 90.589 əmsalla İngiltərə başçılıq edir.

Teqlər:

"Az\u0259rbaycan UEFA reytinqind\u0259 geril\u0259di"

Əlaqəli Xəbərlər