15 Yanvar 2023, 17:46
Meksikada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib
Meksikada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib şəkil
Meksikada ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

Meksikada ictimai yerlərdə, o cümlədən çimərliklərdə və parklarda tütün məmulatlarının istifadəsi qadağan edilib.

"Operativ Media" BBC-yə istinadən xəbər verir ki, Meksika ictimai yerlərdə siqaret çəkməyi qadağan etməklə dünyada tütünə qarşı ən sərt qanunlardan birini qəbul edib.

Hökumət 2008-ci ildə qəbul edilmiş barlar və restoranlar kimi qapalı yerlərdə siqaret çəkməyi qadağan edən qanunu çimərliklər və parklar da daxil olmaqla bütün ictimai yerlərə genişləndirib.

2021-ci ildə təsdiqlənən və sabahdan etibarən tətbiq olunacaq yeni tənzimləmə çərçivəsində hətta satış nöqtələrində tütün məmulatlarının təşviqi, reklamı və sponsorluğu qadağan edilib.

Digər Cənubi Amerika ölkələri tütündən istifadəni məhdudlaşdıran qanunlar qəbul etsə də, bu ölkələr arasında ən əhatəli və təsirli tədbir görən ölkə Meksika olub.

 

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır