Azərbaycan Premyer Liqasının 2024-25 mövsümünün qol rekordu qeydə alınıb.
"Operativ Media" saytının məlumatına görə, 8-ci turun 5 oyununda qapılara ümumilikdə 19 top vurulub. Bu da mövsümün ən yüksək göstəricisidir.
Buna qədər rekord 7-ci turda vurulan 17 qol idi. Həmçinin ilk dəfə bir turda meydan sahibləri ümumilikdə 10 qol səddinə çatıblar. 5 qarşılaşmada qonaqlar 12, ev sahibləri isə 7 dəfə mərkəzə dəvət olunublar.
Bu qollardan 7-ni azərbaycanlılar, 12-ni əcnəbilər vurublar. Yerlilər qol baxımından 1-ci turdakı rekordlarını təkrarlayıblar.
Teqlər:
"2024\/2025 m\u00f6vs\u00fcm\u00fcn\u00fcn qol rekordu qeyd\u0259 al\u0131nd\u0131"