Menyu

Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb

Əziz Əzizli
Azərbaycanlı referi Çempionlar Liqası matçına təyinat alıb
1 dəq oxu

Ə.Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.

"Operativ Media" xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.

Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əlaqəli Xəbərlər