Menyu

Ançelotti: Hakim oyunu dayandırmaqda haqlı idi

Əziz Əzizli
Ançelotti: Hakim oyunu dayandırmaqda haqlı idi

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti Madrid derbisində hakimin oyunu dayandırma qərarını şərh edib.

"Operativ Media"  AS-a istinadən xəbər verir ki, “Real”ın qolundan sonra Kurtua “Atletiko Madrid” azarkeşləri olan tribunanın qarşısında “İrəli” qışqıraraq uğurunu qeyd edib. Azarkeşlər qapıçıya alışqan atmağa başlayıblar. Hakim oyunu təxminən 20 dəqiqəlik dayandırıb.

“Düşünürəm ki, hakim matçı dayandırmaqla düzgün addım atıb. Heç kim belə halları qəbul etmir, çünki hamımız oynamaq istəyirik. Amma hakimin qərarı düzgün idi.

Mən sadəcə məşqçiyəm və idman komponentinə nəzarət edirəm. Qərarları bu cür məsələlərdə təcrübəli insanlar qəbul etməlidir”.

Qeyd edək ki, "Atletiko" - "Real Madrid" matçı 1-1 hesablı heç-heçəylə başa çatıb.

Teqlər:

"An\u00e7elotti: Hakim oyunu dayand\u0131rmaqda haql\u0131 idi"

Əlaqəli Xəbərlər