Menyu

Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı

Əziz Əzizli
Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı

UEFA Millətlər Liqasında qrup mərhələsinin IV turu çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun biletləri satışa çıxarılıb.

"Operativ Media" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 14-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma üçün biletlərin qiyməti 3, 5 və 10 manat təşkil edir. VİP 1-ə 20 manat, VİP 2-yə isə 30 manat qiymət qoyulib.

iTicket.az satış məntəqələri Gənclik Mall, 28 Mall, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzidir.

Teqlər:

"Az\u0259rbaycan millisinin Slovakiya il\u0259 oyununun biletl\u0259ri sat\u0131\u015fa \u00e7\u0131xar\u0131ld\u0131"

Əlaqəli Xəbərlər