http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

01 Oktyabr 2024 , 12:27
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

Onlar dövlət rəhbərliyinin ölkənin intellektual potensialının inkişafına yönəlik atdığı addımları, eləcə də “Yüksəliş” müsabiqəsinin bacarıqlı kadrların şəxsi və peşəkar inkişafına göstərdiyi dəstəyi xüsusi vurğulayıblar. H.Hacıyev qalibləri təbrik edərək, onların müsabiqədəki uğurlu nəticələrini Azərbaycan dövlətinin müasir idarəetmə sistemi və ölkənin inkişaf strategiyası üçün dəyərli töhfə adlandırıb.

Hikmət Hacıyev müsabiqənin mentorluq proqramında əldə edilən uğurları vurğulayaraq qaliblərin qarşılıqlı təcrübə əsasında liderlik qabiliyyətlərinin daha da gücləndiyini dilə gətirib. O, mentorluq proqramı çərçivəsində baş tutacaq növbəti görüşlərin qaliblərə böyük fayda verəcəyinə əmin olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “Yüksəliş” müsabiqəsinin mentorudur.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

OXŞAR XƏBƏRLƏR
"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir

"HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

Elektrik doldurma məntəqələrinin ünvanları - SİYAHI

XƏBƏR LENTİ
  • 15:27

    "HDQ-də döyüş hazırlığının qiymətləndirilməsi kursu" keçirilir
  • 15:20

    Minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflər hazırlanıb
  • 15:15

    Dünyanın ən yaxşı on mərkəz yarımmüdafiəçisi açıqlanıb
  • 15:07

    Qəzzada son sutkada 23 nəfər həlak olub
  • 15:03

    Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
  • 14:49

    "Qalatasaray"ın sabiq niderlandlısı məşqçiliyə başlayacaə
  • 14:46

    Daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edəcək
  • 14:45

    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
    Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib
Menyu