DSMF: Doqquz ayda 23,5 min vətəndaş müraciəti cavablandırılıb
Nərmin Qocamanlı
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə bu ilin yanvar-sentyabr ayları ərzində 23 min 531 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə "Operativ Media"ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, müraciətlərin 9 min 606-sı ünvanlı dövlət sosial yardımı, 5 min 386-sı pensiya təyinatı, 5 min 577-si sosial müavinət və təqaüd, 254-ü sosial sığorta və fərdi uçot, 2 min 808-i isə digər istiqamətlər üzrə olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma