Yaponiya və Hindistan birgə hava təliminə başlayıb

Nərmin Qocamanlı
Yaponiya və Hindistan birgə hava təliminə başlayıb

Yaponiya və Hindistan döyüş təyyarələrinin Tokionun şimal-şərqində təşkil etdiyi “Veer Guardian-23” birgə hava təlimi başlayıb.

"Operativ Media" xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, Yaponiya və Hindistan birgə hava təliminə başlayıb. Bu, iki ölkə arasında ilk hava təlimi kimi tarixə düşüb.

"Veer Guardian-23" adlanan təlimdə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) aid 4 F-2 və 4 F-15 reaktiv təyyarəsi qatılacaq.

Təlimdə Hindistan Hərbi Hava Qüvvələrindən (IAF) 4 Su-30MKI, 2 C-17 nəqliyyat və İL-78 yanacaqdoldurma təyyarəsi iştirak edəcək.

ASDF-nin bəyanatında vurğulanıb ki, təlimlər “iki hava qüvvələri arasında qarşılıqlı anlaşmanı artırmaq və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək” məqsədi daşıyır.

Paytaxt Tokionun şimal-şərqindəki İbarakidəki Hyakuri bazasında keçirilən təlimin yanvarın 26-dək davam etməsi planlaşdırılır.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, ABŞ birgə təlim üçün Şərqi Asiya ölkəsi Yaponiyaya döyüş təyyarələri göndərən beşinci ölkə olub.

Digər xəbərlər