Menyu

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Nərmin Qocamanlı
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Oktyabrın 2-də paytaxtın Sabunçu rayonu ərazisində 2004-cü il təvəllüdlü Xəyal Nağıyevin aldığı xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə. aparılmış istintaqla yetkinlik yaşına çatmayan A.D-nin (şərti) oktyabrın 1-də aralarında yaranmış mübahisə zamanı Xəyal Nağıyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Yetkinlik yaşına çatmayan A.D (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Teqlər:

"Q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 \u015f\u00fcbh\u0259li bilin\u0259n \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər