Menyu

Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb

Nərmin Qocamanlı
Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya  FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı, 5 ədəd 9-mmlik sursat, 11 ədəd 7,62-mmlik PS sursat, 14 ədəd 7,62-mmlik LPS sursat, 1 ədəd güllə sandığı ilə birlikdə AKM avtomat və 1 ədəd güllə sandığı ilə birlikdə Makarov tipli tapança olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Əlaqəli Xəbərlər