http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Ağdamda iritutumlu 4 su anbarı tikilir

02 Oktyabr 2024 , 16:08
Ağdamda iritutumlu 4 su anbarı tikilir

Böyük qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) "Operativ Media"ya bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində Ağdam şəhərinin su təsərrüfatı istiqamətində su və kanalizasiya sahəsində işlər sürətlə, intensiv və planlı şəkildə həyata keçirilir.

Qurumun texniki nəzarət mühəndisi Mahir Həmidov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində +440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və +410 metr yüksəklikdə 2 ədəd tutumu 7500 kubmetrlik su anbarının tikinti işləri davam etdirilir: “Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 faizi icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.

Qeyd edilib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6,5 kilometri inşa olunub.

Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr borudan 2332 metri tamamlanıb. Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1,8 kilometri çəkilib. 2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərdə sakinlər - keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.

Ağdam şəhərinin su təsərrüfatının yenidən qurulması indiki və gələcəkdə obalarına geri dönən sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfədir.

OXŞAR XƏBƏRLƏR
İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

“Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib

“Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

XƏBƏR LENTİ
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
  • 17:42

    Reuters: Qəzzaya ərzaq tədarükü kəskin şəkildə azalıb
  • 17:34

    “Sumqayıt Tibb Mərkəzi” yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün cərimələnib
  • 17:26

    Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib
    Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib
  • 17:23

    Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb
Menyu