Menyu

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Oktyabrın 2-si saat 17:00-a olan məlumata əsasən bir sıra rayonlarda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Goranboy, Bərdə, Şəki, Şamaxı, Altıağac, Qəbələ, Quba, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Ceyrançöl, Cəfərxan, Biləsuvar, Astara, Şahdağda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 16 m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər