Menyu

Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək

Əsəd Abbaslı
Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
1 dəq oxu

Milli Məclisə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi daxil olub.

"Operativ Media" xəbər verir ki, layihə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Əlaqəli Xəbərlər