Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Nərmin Qocamanlı
Nepalda qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb

Ötən gün Nepalda qəzaya uğrayan və azı 68 nəfərin ölümünə səbəb olan təyyarənin qara qutusu tapılıb.

"Operativ Media" xəbər verir ki, səlahiyyətlilər, 72 nəfəri daşıyan iki mühərrikli ATR 72 təyyarəsinin qara qutusu və kokpit səs yazıcısının tapıldığını açıqladı.

Qara qutu və səs yazıcısının yaxşı vəziyyətdə olduğu müəyyən edilib.

Qeyd edək ki, təyyarənin Katmandudan Poxaraya planlaşdırılan uçuşda qəzaya uğradığı, içərisində 57 Nepal, 5 Hindistan, 4 Rusiya, 2 Cənubi Koreya və Argentina, İrlandiya, Avstraliya və Fransadan olan hər birindən bir nəfər olduğu açıqlanıb.

Pokhara polisi bazar günü hava qaraldıqdan sonra kəsilən axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Digər xəbərlər