Ötən ay 101 nəfər zəhərlənib, 3 nəfər ölüb
Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbul edilib.
Mərkəzdən "Operativ Media"ya verilən xəbərə görə, şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38 nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvi birləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənən şəxslərdir.
Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isə anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, psixotrop dərman zəhərlənmələrindən qeydə alınıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net