Menyu

“Azərişıq” icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə cərimələnib

Nərmin Qocamanlı
“Azərişıq” icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə cərimələnib

“Azərişıq” ASC icra məmurunun tələblərini yerinə yetirmədiyinə görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Xidmət ilə bağlı müraciətə baxılıb. 

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Teqlər:

"\u201cAz\u0259ri\u015f\u0131q\u201d icra m\u0259murunun t\u0259l\u0259bl\u0259rini yerin\u0259 yetirm\u0259diyin\u0259 g\u00f6r\u0259 c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər