16 Yanvar 2023, 12:25
Çində kimya fabrikində partlayış baş verib

Ötən gecə Çinin şimal-şərqindəki Liaonin əyalətindəki Panşan şəhərində sənaye kimyəvi maddələri istehsal edən fabrikdə baş verən partlayış nəticəsində iki nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, partlayışdan sonra başlayan yanğın yerli yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.
Partlayış və ondan sonra baş verən yanğında 2 nəfər həyatını itirib, 34 nəfər yaralanıb. İtkin düşmüş 12 nəfərin axtarışları davam edir.
Yanğın fabrik ətrafındakı digər obyektlərə və yaşayış məntəqələrinə keçmədən nəzarət altına alınsa da, hadisə ilə bağlı araşdırmalar davam edir.