Menyu

Qaraçuxur qəsəbəsində evdən 8000 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Qaraçuxur qəsəbəsində evdən 8000 manatlıq oğurluq edilib
1 dəq oxu

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov,  43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər