http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Məhkəmə "Premium Motors"la bağlı cərimə qərarını açıqlayıb

03 Oktyabr 2024 , 14:11
Məhkəmə "Premium Motors"la bağlı cərimə qərarını açıqlayıb

"Premium Motors" MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

OXŞAR XƏBƏRLƏR
Bəzi DSK-ların tərkibində dəyişiklik edilib

Bəzi DSK-ların tərkibində dəyişiklik edilib

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Dağlıq rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Dağlıq rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:26

    Bəzi DSK-ların tərkibində dəyişiklik edilib
  • 16:22

    Paşinyanla Makron arasında görüş başlayıb
  • 16:18

    Sergey Narışkin Bakıda səfərdədir
    Sergey Narışkin Bakıda səfərdədir
  • 16:03

    "Qarabağ" - "Malmö" oyununa satılan bilet sayı bəlli oldu
  • 16:00

    FHN-in Cənub Regional Mərkəzi təlim keçirib
  • 15:52

    Dağlıq rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • 15:50

    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib
  • 15:46

    Ançelotti: “Lill” daha güclü oynadı və layiqli qələbə qazandı
Menyu