http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO

03 Oktyabr 2024 , 20:15
İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

"Operativ Media" xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.

Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki otel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Otel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.

Oteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi otel kompleksi müasir standartlar səviyyəsində inşa olunur.

Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

18:50

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

"Operativ media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 21:05

    AL: "Malmö" hesabı bərabərləşdirir - YENİLƏNİR

  • 20:53

    Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb
  • 20:33

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB
  • 20:19

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
  • 20:15

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
  • 20:12

    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
  • 19:50

    Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb

  • 19:44

    Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Menyu