Menyu

Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub

Əsəd Abbaslı
Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısına kompleks barədə məlumat verildi.

Qeyd olundu ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.

Teqlər:

"Z\u0259ngilan \u015f\u0259h\u0259rind\u0259 be\u015finci ya\u015fay\u0131\u015f kompleksinin t\u0259m\u0259li qoyulub"

Əlaqəli Xəbərlər