Menyu

Sumqayıt-Bakı qatarında texniki problem olub, sərnişinlər düşürülüb

Nərmin Qocamanlı
Sumqayıt-Bakı qatarında texniki problem olub, sərnişinlər düşürülüb
1 dəq oxu

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb. 

Bu barədə "Operativ Media"ya "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib. 

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib. 

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.

Əlaqəli Xəbərlər