16 Yanvar 2023, 15:54
Estoniyada “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib

Estoniyanın Dövlət Poçt Xidməti (Omniva) tərəfindən “Heydər Əliyev İli” münasibətilə poçt markaları çap edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər.
Məlumata görə, üzərində eston dilində “Haidar Alijevi aasta – 100” (Heydər Əliyev İli – 100) yazısı əks olunan poçt markaları Estoniyada rəsmi dövriyyəyə buraxılıb.