Menyu

Azərbaycan cüdoçuları Dünya Çempionatında daha iki medal qazandılar

Əziz Əzizli
Azərbaycan cüdoçuları Dünya Çempionatında daha iki medal qazandılar

Düşənbədə (Tacikistan) gənclər arasında cüdo üzrə fərdi yarışda dünya çempionatı başa çatıb.

"Operativ Media" xəbər verir ki, çempionatın dördüncü günündə daha iki Azərbaycan idmançısı tatami üzərinə çıxıb və hər ikisi medal qazanıb.

100 kq çəki dərəcəsində Əjdər Bağırov startda Yus Hell (Hollandiya), daha sonra Laşa Qaqadzeni (Gürcüstan) məğlub edib. 1/4 finalda o, Mate Lakosu (Macarıstan) məğlub edərək adını yarımfinala yazıb və burada Məhəmmədsodiq Sodikova (Özbəkistan) məğlub olub. Amma bürünc medal uğrunda döyüşdə Bağırov Əli Reza Niksereşti (İran) məğlub edib. 

+100 kq çəki dərəcəsində Kənan Nəsibov ilk döyüşündə Tamaz Biqanaşvilini (Gürcüstan), növbəti döyüşdə Munir Ertuğu (Türkiyə) məğlub edib. 1/4 finalda Nəsibov Darius Dobreni (Rumıniya) məğlub edib. O, yarımfinalda Arsen Kadzaevə (IJF) qalib gələrək finala yüksəlib və burada Denis Batsayevə (IJF) məğlub olub.

Beləliklə, Azərbaycan komandası bir gümüş və iki bürünc medal qazanıb. Bundan əvvəl Süleyman Şükürov (81 kq) da üçüncü olub

Teqlər:

"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 D\u00fcnya \u00c7empionat\u0131nda daha iki medal qazand\u0131lar"

Əlaqəli Xəbərlər