http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Prezident İlham Əliyev Endrü Forest ilə görüşüb - YENİLƏNİB

17 Yanvar 2023 , 22:30
Prezident İlham Əliyev Endrü Forest ilə görüşüb - YENİLƏNİB

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə "Fortesque Future Industries" şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirilib. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulanıb. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulanıb.

Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

22:18

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib

Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB

Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB

Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır

Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır

XƏBƏR LENTİ
  • 23:13

    Ceyhun Bayramov lüksemburqlu həmkarı ilə Ermənistanla sülh prosesini müzakirə edib
  • 23:11

    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
    Ceyhun Bayramov Keniyanın Baş naziri ilə görüşüb
  • 23:05

    Ərdoğan Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
  • 23:00

    Rusiya XİN: Moskva nüvə tərksilahı prosesinin sürətləndirilməsinə qarşıdır
  • 22:42

    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
    Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddən paylaşım edib
  • 22:35

    Yasamal rayonunda avtomobil yanıb
  • 22:20

    Livanın cənubunda İsrailin hücumları nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
  • 21:58

    Avropa Şurasının rəhbəri İranla əlaqələrin ən aşağı səviyyədə olduğunu bildirib
Menyu