
Kolumbiyanın Antioquia inzibati bölgəsində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ikinci böyük şəhəri Medellində təsirli olan leysan yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Saatlarla davam edən leysan yağışda su altında qalan avtomobildə 2 nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.
Antioquia Fəlakət Riskinin İdarə Edilməsi İnzibati İdarəsi, Medellin üçün qırmızı xəbərdarlıq verildiyini və yağışın təsirlərinin yaxın günlərdə daha da arta biləcəyini bildirib.
Gecə boyu axtarış-xilasetmə işləri aparan qruplar çox sayda insanı qapalı qaldıqları yerdən xilas edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, yüzlərlə evi su basıb, şəhərə külli miqdarda ziyan dəyib.