18 Yanvar 2023, 14:03
Bosniya və Herseqovina və Serbiyada güclü yağışlar daşqınlara səbəb olub
Bosniya və Herseqovina və Serbiyada güclü yağışlar daşqınlara səbəb olub şəkil
Bosniya və Herseqovina və Serbiyada güclü yağışlar daşqınlara səbəb olub

Qərbi Balkan ölkələri, Bosniya və Herseqovina və Serbiyada yağan güclü yağışlar nəticəsində daşqınlar baş verib.

"Operativ Media" AA-ya istinadən xəbər verir ki, Bosniya və Herseqovina Federasiyasının Mülki Müdafiə Departamentindən verilən açıqlamada ölkənin cənubundakı Konjiçdə ötən gecə təsirli olan leysan yağışları səbəbilə daşqınların yaşandığı, Neretva və Trebizat çaylarında suyun səviyyəsinin qalxdığı bildirilib. 

Konjiçdə bəzi bölgələrdə daşqınların yaşandığına diqqət çəkilərək, ölkənin cənubundakı digər şəhərlərdə də çox sayda evin su altında qaldığı bildirilib.

Paytaxt Sarayevoda gecə yağan leysan nəticəsində bəzi evlərin zirzəmilərinin su altında qaldığı, şəhərin mərkəzindən keçən Miljacka çayında suyun səviyyəsinin qalxdığı müşahidə edilib.

Bosniya və Herseqovina Federasiyasının Meteorologiya İnstitutu bu gün ölkənin cənub və cənub-qərb bölgələrində güclü yağışların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Serbiyada yağan leysan ölkənin cənub-qərbindəki Sjenitsa şəhərinə təsir göstərərkən, Qrabovitsa çayının daşması nəticəsində bir çox evin su altında qaldığı bildirilib.

Serbiyanın Su İşləri üzrə direktoru Qoran Puzoviç yağışların bu gün də davam edəcəyinə diqqət çəkərək, ölkənin cənubundakı çaylarda suyun səviyyəsinin yüksəldiyini bildirib.

Meteorologiya Birliyi də Serbiyanın cənub bölgələrində yağıntı və güclü külək səbəbiylə vətəndaşlara xəbərdarlıq edib.

Son xəbərlər
Olaf Şolts Suriya Prezidenti ilə telefon danışığı aparıb
Xarici İşlər Nazirliyinin geniştərkibli kollegiya iclası keçirilib
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək