Ermənistandakı yanğınla bağlı bəzi təfərrüatlar açıqlanıb

Operativ Media
Ermənistandakı yanğınla bağlı bəzi təfərrüatlar açıqlanıb

Ermənistan Daxili İşlər Nazirliyi Basarkeçər rayonunun Azat kəndində 15 əsgərin ölümünə səbəb olan yanğının təfərrüatlarını təqdim edib.

"Operativ Media" açıqlanan məlumata istinadən xəbər verir ki, yanğın haqqında çağırış qurumlara saat 01:15-də daxil olub, hadisə yerinə 3 yanğınsöndürən briqadası gedib. Yanğın saat 06:33-də söndürülüb. Sahəsi 104 kv.m olan tikili tamamilə yanıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 3 yaralı Basarkeçər tibb mərkəzinə aparılıb.

Digər xəbərlər