19 Yanvar 2023, 10:44
Ermənistandakı yanğına görə daha 2 nəfər də istefaya göndərilir

Ermənistanın Basarkeçər rayonunun Azat kəndindəki kazarmada baş verən yanğında 15 nəfərin ölməsi ilə əlaqədar bir sıra şəxslər təqsirli bilinir.
"Operativ Media" xəbər verir ki, onlar İkinci Ordu Korpusunun Baş Qərargah rəisi, komandir müavini, polkovnik Mihran Maxsudian, Korpus komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik Şiraz Xaçatryan, Hərbi xidmətdə olan korpus komandirinin müavini, polkovnik Artur Oqanyandır.
Ermənistan prezidenti artıq ikinci ordu korpusunun komandiri Vahram Qriqoryanı vəzifəsindən azad edib.
KİV-in məlumatına görə, Silahlı Qüvvələrin yanğın təhlükəsizliyi idarəsinin rəisi də işdən çıxarılıb.