Peruda prezident Dina Boluartenin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən polislə etirazçılar arasında toqquşmalarda ölənlərin sayı 53-ə çatıb.
"Operativ Media" xəbər verir ki, Carabaya əyalətinin Macusani şəhərində səhiyyə rəsmisi Dr. İvan Fernandez etirazlar zamanı baş verən zorakılıqda daha 2 nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralandığını açıqlayıb.
11 dekabr 2022-ci ildən bəri hökumət əleyhinə nümayişlərdə həyatını itirənlərin sayı 53-ə çatıb. Yaralıların sayı 700-ü ötüb.






