Menyu

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri COP29-da iştirak edəcək

Əsəd Abbaslı
BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri COP29-da iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak Azərbaycana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, xanım nazir Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında iştirak edəcək.

Qeyd edək ki, noyabrın 11-də COP29 tədbirinin rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Liderlər Sammiti keçiriləcək, noyabrın 12-də isə "Yaşıl Zonada birinci xanımların görüşü baş tutacaq. Tədbir noyabrın 22-də rəsmi olaraq yekunlaşsa da, danışıqlardan asılı olaraq bu tarix uzana da bilər.

Teqlər:

"B\u018f\u018f-nin iqlim d\u0259yi\u015fikliyi v\u0259 \u0259traf m\u00fchit naziri COP29-da i\u015ftirak ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər