15 Noyabr 2024, 14:11
️Putin və İlham Əliyev arasında telefon danışığı olub - YENİLƏNİB
️Putin və İlham Əliyev arasında telefon danışığı olub - YENİLƏNİB şəkil
️Putin və İlham Əliyev arasında telefon danışığı olub - YENİLƏNİB

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçıları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaları, həmçinin Rusiyanın Baş naziri Mixail Mişustinin bu günlərdə Bakıya səfəri zamanı təmaslarını nəzərə alaraq, sənaye və nəqliyyat sahələrində qarşılıqlı faydalı layihələrin praktiki olaraq həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının davam etdirilməsinə dair qarşılıqlı maraqlarını bir daha ifadə ediblər.

Müzakirə olunan məsələlərin icrası məqsədilə müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

***

Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Kremlin məlumatına görə, dövlət başçıları sənaye kooperasiyası və nəqliyyat sahəsində bir sıra qarşılıqlı faydalı layihələrin praktiki həyata keçirilməsini nəzərdən keçiriblər.

Eyni zamanda telefon danışığı zamanı Rusiya Prezidentinin 2024-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar kontekstində, eləcə də Rusiya hökumətinin sədri M.V.Mişustinin Bakıda keçirdiyi son təmaslar nəzərə alınmaqla, bir sıra məsələlərin praktiki həyata keçirilməsi məsələləri sənaye kooperasiyası və nəqliyyat sahəsində qarşılıqlı faydalı layihələr müzakirə olunub.

Son xəbərlər
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında görüş olub
Qaraçay çayı üzərində yeni körpü inşa edilir - VİDEO
13 May 2025, 13:18
UEFA Reytinqi: "Qarabağ" "Beşiktaş" və "Nyukasl"ı qabaqladı
Zəvvarları aldatmaqla 60 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri həbs edilib
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Sumqayıtda "Bayraktar" PUA-ları istehsal ediləcək
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Müəllimlərin sertifikasiya imtahanı nə vaxt keçiriləcək?