Menyu

Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək

Nərmin Qocamanlı
Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək

Bakının Hövsan qəsəbəsinin su təchizatı sabah bərpa ediləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

"Hörmətli abonentlər, magistral su kəmərində baş verən qəzanın aradan qaldırılması ilə bağlı işlər çərçivəsində qəsəbənin bəzi ərazilərində suyun verilməsində 15 noyabr tarixində yaranan fasilələrin 16 noyabr tarixi, səhər saatlarında aradan qaldırılacağını bildirmişdik. Həmin xəttin üzərindəki torpaq təbəqəsi açıldıqdan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bununla bağlı təcili təmirə ehtiyac yarandığı üçün ümumi işlərin noyabrın 17-si tam yekunlaşdırılacağı və əraziyə suyun verilməsinin gün ərzində mərhələlərlə bərpa ediləcəyi planlaşdırılır", - deyə məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər